BP gələn həftə Azərbaycan hökumətinə alternativ enerjinin istehsalı ilə bağlı kommersiya təkliflərini təqdim edəcək

BP gələn həftə Azərbaycan hökumətinə alternativ enerjinin istehsalı ilə bağlı kommersiya təkliflərini təqdim edəcək
# 05 iyul 2019 17:14 (UTC +04:00)

"BP-Azerbaijan" şirkəti gələn həftənin sonunadək Azərbaycan Energetika Nazirliyinə ölkədə alternativ enerjinin istehsalı ilə bağlı kommersiya təkliflərini təqdim edəcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Təkliflər Azərbaycanda əsasən külək və günəş enerji mənbələrini əhatə edir. Təklif təqdim olunandan sonra sənəd hökumət tərəfindən baxılacaq və müvafiq müzakirələr aparılacaq", - deyə B. Aslanbəyli bildirib.

Qeyd edək ki, kommersiya təklifi "BP-Azerbaijan" şirkəti və Energetika Nazirliyi Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədi ilə Anlaşma Memorandumu çərçivəsində ediləcək. Sözügedən memorandum tərəflər arasında keçən ilin dekabrında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR