BP hidrogen və bərpa olunan enerjiyə daha çox sərmayə qoymaq niyyətindədir

BP hidrogen və bərpa olunan enerjiyə daha çox sərmayə qoymaq niyyətindədir
# 07 fevral 2023 17:16 (UTC +04:00)

Böyük Britaniyanın BP şirkəti neft və qaz hasilatından karbon emissiyalarını 2030-cu ilə qədər 2019-cu ilin ilkin göstəricisi ilə müqayisədə 20-30% azaltmağı hədəfləyir ki, bu da əvvəlki hədəfdən aşağıdır.

Bu barədə “APA-Economics” şirkətin materiallarına istinadən xəbər verir.

Məlumata əsasən, öncə qeyd olunan hədəf 35-40% səviyyəsində proqnozlaşdırılırdı.

Bununla belə, şirkət “enerji keçidinə”, xüsusən də bioenerjiyə, elektrik nəqliyyat vasitələri üçün infrastrukturun rahatlığına, hidrogen və bərpa olunan enerji mənbələrinə daha çox sərmayə qoymaq niyyətindədir.

Qeyd etmək lazımdır ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır və ölkənin alternativ enerji sektorunda aktiv iştirak etməyi hədəfləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR