BP kibertəhlükəsizlik laboratoriyalarının qurulması istiqamətində müzakirələr aparır

Bəxtiyar Aslanbəyli

© APA | Bəxtiyar Aslanbəyli

# 03 oktyabr 2022 10:50 (UTC +04:00)

Hazırda Xəzər dənizində bizə həvalə olunan layihələr üzrə 8 platforma fəaliyyət göstərir.

APA xəbər verir ki, bunu BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda keçirən konfransda çıxışı zamanı deyib.

"Hər hansı fors-major hal zamanı insanlar bu platformalara təxliyə edilə bilər. Bizim sənaye üçün də kibertəhdidlər artmaqdadır. Risklərin azaldılması istiqamətində tədbirlər görülür. Üç universitetlə kibertəhlükəsizlik laboratoriyalarının qurulması istiqamətində müzakirələr aparırıq", - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR