BP neft və qaz hasilatının azaldılması ilə bağlı planlarına dəyişiklik edib

BP neft və qaz hasilatının azaldılması ilə bağlı planlarına dəyişiklik edib
# 07 fevral 2023 17:08 (UTC +04:00)

Britaniyanın BP şirkəti neft və qaz layihələrinə investisiyaları artırmaq və nəticədə 2030-cu il üçün neft və qaz hasilatını 2019-cu illə müqayisədə öncə planlaşdırdığından daha az həcmdə azaltmaq qərarına gəlib.

Bu barədə “APA-Economics” şirkətin materiallarına istinadən xəbər verir.

Məlumata görə, BP neft və qaz hasilatının 2025-ci ildə gündə təxminən 2,3 mln. barel neft ekvivalentində, 2030-cu ildə isə təxminən 2 mln. barel olmasını gözləyir.

Belə ki, 2023-cu ildə şirkət üzrə hasilat (BP-nin sərmayəçi olduğu “Rosneft”in hasilatı istisna olmaqla) 2019-cu ilin göstəricisi ilə müqayisədə 25% azalacaq. Əvvəlki gözləntilərə görə, bu göstərici 40% səviyyəsində idi.

Şirkət əlavə investisiyalar nəticəsində yuxarıda qeyd olunan planlara nail olmağı istəyir ki, bu da xüsusilə 2025-ci ilə qədər tez və minimal yeni infrastrukturla həyata keçirilə bilən daha qısamüddətli və tez geri qaytarılacaq layihələrə yönəldiləcək. BP həmçinin bəzi neft və qaz aktivlərini əvvəlcədən düşünüldüyündən daha uzun müddət saxlamağı planlaşdırır.

BP həmçinin davamlı yüksək keyfiyyətli neft və qaz layihələrinə sərmayələri artırmaq niyyətindədir, bu da yenidən ildə orta hesabla 1 milyard dollara qədər və ya 2030-cu il üçün məcmu olaraq 8 milyard dollar deməkdir. Bu investisiyalar etibarlı neft və qaz tədarükünə olan yaxınmüddətli tələbatın ödənilməsinə kömək edəcək.

Qeyd etmək lazımdır ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR