BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri kəskin azalıb

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri kəskin azalıb
# 05 may 2022 15:17 (UTC +04:00)

Bu ilin birinci rübündə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 333,3 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 34,1% azalma deməkdir.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (13 müəssisə üzrə) çərçivəsində 172,8 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (84 şirkət üzrə) 87,3 mln. dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 155 kiçik və orta müəssisə üzrə xərcləri 63,6 mln. dollar, 15 dövlət şirkəti üzrə xərcləri isə 9,7 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR