BP: "Şahdəniz" fenomenal əməliyyat səmərəliliyi nümayiş etdirir

BP: "Şahdəniz" fenomenal əməliyyat səmərəliliyi nümayiş etdirir
# 01 iyun 2023 14:43 (UTC +04:00)

"Şahdəniz" layihəsi möhtəşəm istismar göstəriciləri, demək olar ki, 100%-ə çatan fenomenal əməliyyat səmərəliliyi nümayiş etdirir.

APA-Economics" xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.

"Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, BP-nin operatoru olduğu daha bir layihə - Şahdəniz layihəsi, möhtəşəm istismar göstəriciləri, demək olar ki, 100%-ə çatan fenomenal əməliyyat səmərəliliyi nümayiş etdirməkdədir", - Qəri Counz bildirib.

Onun sözlərinə görə, hazırda "Şahdəniz" yatağından gündəlik 73 milyon kubmetr qaz hasil edilir və hasilatın tədricən artırılması hələ davam edir.

Qəri Counz vurğulayıb ki, bu il "Şahdəniz" yatağından hasilatın ən yüksək sabit səviyyəyə çatması planlaşdırılır. Bu mərhələdə yataq ildə təxminən 26 milyard kubmetr qaz hasil edəcək və bununla regional və Avropa bazarları üçün enerji təchizatının təhlükəsizliyinə və diversifikasiyasına əlavə töhfə verəcək.

"Eyni zamanda, biz yeni qaz mənbələri axtarırıq.
Bu ilin əvvəllərində "Şahdəniz"də istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılmasına başlamışıq.
Qeyd edim ki, quyuda qazma işləri aparan qurğu bu il bütün ölkədə anadan olmasının 100 illik yubileyi qeyd olunan ümummilli lider Heydər Əliyevin adını daşıyır.
Heydər Əliyev ölkənin enerji strategiyasının reallığa çevrilməsində əvəzedilməz rol oynayıb", - Qəri Counz bildirib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR