BP: "Şahdəniz"də növbəti kəşfiyyat quyusu qazılacaq

BP: "Şahdəniz"də növbəti kəşfiyyat quyusu qazılacaq
# 01 iyun 2022 15:01 (UTC +04:00)

Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi ("Şahdəniz-3 red.) çərçivəsində kəşfiyyat quyusunun qazılmasına start verilə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yatağın növbəti işləmə mərhələsi çərçivəsində kəşfiyyat quyusunun qazılması nəzərdə tutulub və qərar verilsə, bu cari ildə baş tuta bilər.

"Bu dəqiq deyil, üzərində iş gedir, hesablamalar gedir, texniki dəyərləndirmə aparılır", - deyə, Bəxtiyar Aslanbəyli qeyd edib.

O əlavə edib ki, kəşfiyyat qazma işləri rezervuarın parametrini, dərinləyini müəyyən etmək üçün aparılır ki, bu da ehtiyyatlar ilə bağlı ehtimallar üçün şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR