BP Azərbaycanda aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olub

BP Azərbaycanda aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olub
# 13 sentyabr 2019 17:59 (UTC +04:00)

BP şirkəti və onun Azərbaycanda olan tərəfdaşları tərəfindən reallaşdırılan “Gələcəyini Qur” layihəsinin 78 iştirakçısı bu il qəbul imtahanları verib tələbə olub.

BP-dən “APA-Economics”ə verilən məlumata əsasən, layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan ali təhsil müəssisələrinin məzunları daxildir. Ötən üç il ərzində Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarındakı icmalarda yaşayan 200-dən çox gənc bu layihəyə qoşulub.

Üç mərhələdə 207 nəfər layihə iştirakçısından təxminən 188 nəfəri, ümumilikdə iştirakçıların 91%-i ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək tələbə adını qazanıblar. Bu təşəbbüsün uğurlu nəticələrinə əsaslanaraq BP və tərəfdaşları layihəni növbəti ildə davam etdirməyi və onu daha da genişləndirərək Hacıqabul rayonunu da əhatə etməyi qərara alıblar.

Proqram iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlığa dəstək olan akademik biliklər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.

Layihənin üç mərhələsinin ümumi dəyəri 764 min manatdır (1-ci mərhələ - təxminən 61 AZN; 2-ci mərhələ - 402 min manatdan çox və 3-cü mərhələ - təxminən 300 min manat) təşkil edir və 1 və 2-ci mərhələlərin hər birinin müddəti 15 aydır və 3-cü mərhələnin müddəti isə 12 aydır.

2019-cu ildə layihə “Build Your Future” şirkəti tərəfindən yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR