BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 109 mln. ABŞ dolları vəsait xərcləyib

BP və tərəfdaşları Azərbaycanda sosial layihələrə 109 mln. ABŞ dolları vəsait xərcləyib
# 26 sentyabr 2023 11:57 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" (AÇG), "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) və Cənubi Qafqaz Boru Kəməri Azərbaycanın dünya səviyyəli layihələridir.

"APA-Econimics" xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Heydər Əliyev İli" çərçivəsində nəşr olunmuş dörd kitabın təqdimatı zamanı bildirib.

"Bu gün təqdim etdiyimiz kitablar illərlə aparılan geniş araşdırmaların və bu yeni tarixin yazılmasında iştirak edən şəxslərlə canlı müsahibə və söhbətlərin nəticəsidir. Fəxr edirik ki, bu töhfəmizlə Heydər Əliyevin bu möhtəşəm tarixdəki misilsiz rolu üçün minnətdarlıq və ehtiramımızı bir daha ifadə edə bildik", - Bəxtiyar Aslanbəyli qeyd edib.

Qeyd olunan nəşr Azərbaycanın enerji səlnaməsinin dörd əsas sütunu - AÇG neft yatağı, "Şahdəniz" qaz yatağı, BTC neft ixrac boru kəməri və Cənub Qaz Dəhlizi haqqındadır.

Nəşrin müəllifi enerji məsələləri üzrə ekspert, jurnalist, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandır.

Araşdırma işləri və kitabların nəşri də daxil olmaqla layihənin ümumi dəyəri 154 157 manat ($90 681) təşkil edir.

Qeyd etmek lazımdır ki, BP şirkəti Azərbaycanda 31 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub.

Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 109 mln. ABŞ dolları vəsait xərcləyib.

Azərbaycanda BP şirkətində təxminən 2 349 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90%-dən çoxunu təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR