BP Xəzərdə geoloji-kəşfiyyat quyusunun qazılmasının nəticələrini açıqlayacaq  

BP Xəzərdə geoloji-kəşfiyyat quyusunun qazılmasının nəticələrini açıqlayacaq  
# 01 iyun 2022 16:28 (UTC +04:00)

Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsi çərçivəsində üçüncü geoloji-kəşfiyyat quyusunun qazılması işləri başa çatır.

APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qazmanın nəticələri BP tərəfindən elan ediləcək.

Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, birinci və ikinci quyuların qazılması nəticəsində rentabelli (iqtisadi cəhətdən səmərəli - red.) göstəricilər əldə edilməyib.

Qeyd edək ki, SWAP çərçivəsində üçüncü kəşfiyyat quyusunun qazılması “Satti” özüqalxan qazma qurğusu vasitəsilə aparılır. Quyusunun qazılmasına 4 aprel 2022-ci il tarixində “Qarabatdağ” sahəsində başlanıb.

Xatırladaq ki, BP Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatorudur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR – 50% və "Lukoil" – 25%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR