"Brent" neftinin qiyməti 10 aydan sonra 95 dollar olub

"Brent" neftinin qiyməti 10 aydan sonra 95 dollar olub
# 19 sentyabr 2023 08:35 (UTC +04:00)

"Brent" markalı neftin bir bareli 2022-ci il noyabrın 15-dən bəri ilk dəfə 95 dollar olub.

APA xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları təsdiq edir.

Qiymət bir barelə görə 0,49% artaraq 95,03 dollar təşkil edib.

Eyni zamanda, WTI (Qərbi Texas) markalı neftin qiyməti də 0,88% artaraq 91,25 dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR