"Brent" neftinin qiyməti 82 dollara yaxınlaşır

"Brent" neftinin qiyməti 82 dollara yaxınlaşır
# 06 yanvar 2022 16:31 (UTC +04:00)

ABŞ-ın kommersiya neft ehtiyatlarının azalması fonunda neftin qiyməti artmağa davam edir. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 16:22-ə 1,03% artaraq 1 barelə görə 81,63 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,16% artaraq 78,75 dollar təşkil edib.

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının məlumatına əsasən, ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 2 144 min barel azalaraq 417 850 min barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR