BTC ilə apreldə 125 min ton “Tengiz” nefti nəql olunacaq

BTC ilə apreldə 125 min ton “Tengiz” nefti nəql olunacaq
# 28 mart 2023 09:50 (UTC +04:00)

Bu ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton “Tengiz” yatağından hasil edilən Qazaxıstan nefti nəql ediləcək.

Bu barədə “APA-Economics” Qazaxıstanın “KazTransOil” şirkətinə (Qazaxıstanın maqistral neft kəmərinin milli operatoru) istinadən xəbər verir.

Məlumata görə, “KazTransOil” (“KazMunayQaz” dövlət şirkəti qrupuna daxildir) Aktau limanında Qazaxıstanın “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə daha sonra xammalın çatdırılması üçün “Prezident Heydər Əliyev” tankerinə 9 959 ton neft yükləyib.

“Martın sonunadək bu marşrutla daha 10 min ton Tengiz neftinin göndərilməsi planlaşdırılır. 2023-cü ilin aprel ayı üçün Bakı-Tbilisi-Ceyhan istiqamətində planlaşdırılan neft daşıma həcmi 125 min ton təşkil edir”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 mln. ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR