BTC ilə ilin sonunadək 1 mln. tondan çox Qazaxıstan nefti nəql ediləcək

BTC ilə ilin sonunadək 1 mln. tondan çox Qazaxıstan nefti nəql ediləcək
# 09 iyun 2023 10:35 (UTC +04:00)

Bu ilin sonunadək Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) vasitəsi ilə 1,125 mln. ton Qazaxıstan neftinin nəqli planlaşdırılır.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

“Qazaxıstan Baş nazirinin müavini-ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ticari-iqtisadi əməkdaşlığımızın inkişafına dair faydalı müzakirələrimiz oldu. BTC ilə ilin sonuna kimi 1.125 mln. ton Qazaxıstan neftinin nəqli planlaşdırılır”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 mln. ton "Tengiz" yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə çərçivəsində həyata keçirilir.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR