BTC ilə indiyədək daşınan neftin həcmi açıqlanıb

BTC ilə indiyədək daşınan neftin həcmi açıqlanıb
# 04 avqust 2022 12:50 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) ilə istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonunadək ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

"APA-Economics" xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin I yarımil üzrə yaydığı məlumatda bildirilib.

Məlumata görə, ilk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənmiş və yola salınıb. Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

2022-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 49 milyon dollar, əsaslı xərclərə isə 9 milyon dollar vəsait xərclənib.

Xatırladaq ki, BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR