BTC ilə neftin nəqli 8,5% artıb

BTC ilə neftin nəqli 8,5% artıb
# 17 mart 2023 17:15 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 6 048,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 8,5% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 4 628,7 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8,2% çox).

Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 626,7 min ton tranzit nefti də (illik müqayisədə 21,8% azdır) nəql edilib.

Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 37 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur. Nəqletmənin 78,7%-i BTC kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29 749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox). Hesabat dövrü ərzində BTC kəməri ilə 5103,9 min ton tranzit nefti də (illik müqayisədə 41,8% çoxdur) nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR