BTC ilə tranzit neftinin nəqli 45%-dən çox artıb

BTC ilə tranzit neftinin nəqli 45%-dən çox artıb
# 16 noyabr 2022 13:21 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 31 003 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,6% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 24 428,1 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,2% çox).

Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 4 131,1 min ton tranzit nefti də (illik müqayisədə 46,8% çoxdur) nəql edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az). Hesabat dövrü ərzində BTC kəməri ilə 3 598,4 min ton tranzit nefti də (7,4% az) nəql edilib.

Qeyd edək ki, BTC-nin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

"BTC Co."nun səhmdarları BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR