BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi artıb

BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi artıb
# 27 may 2022 10:42 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 69 713 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 1,62% çoxdur.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 68 605 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəmərilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2,8% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR