BTC ilə Türkiyə vasitəsilə nəql edilən neftin həcmi açıqlanıb

BTC ilə Türkiyə vasitəsilə nəql edilən neftin həcmi açıqlanıb
# 19 aprel 2022 16:57 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 50 778 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2,35% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 52 001 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2,8% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR