BTC kəməri ilə neftin nəqli 4,4% azalıb

BTC kəməri ilə neftin nəqli 4,4% azalıb
# 16 sentyabr 2019 11:59 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 21,31 mln. yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə BTC kəməri ilə 3,1 mln. tondan artıq tranzit nefti də nəql edilib. Bu, illik müqayisədə 26,3% azdır.

Komitənin məlumatına əsasən, ötən dövr ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 26,4 mln. tona yaxın neft nəql edilib (3,64%-lik azalma).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR