Bu ilin birinci yarısında Rusiya Azərbaycana 2100 minik avtomobili ixrac edib

Bu ilin birinci yarısında Rusiya Azərbaycana 2100 minik avtomobili ixrac edib
# 21 avqust 2019 16:40 (UTC +04:00)

2019-cu ilin birinci yarısında Rusiyanın ən çox minik avtomobili ixrac etdiyi top 10 ölkə açıqlanıb.

APA-nın “Tvoe-avto.com”a istinadən verdiyi xəbərə görə, bu ilin birinci yarısında Rusiya Azərbaycana 2100 minik avtomobili ixrac edib.

Ümumilikdə bu müddət ərzində 19500 minik avtomobili ixrac olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 37 faiz çoxdur. Minik avtomobili ixracının əsas həcmi 4 ölkənin payına düşür. Birinci yerdə 4300 minik avtomobili ixracı ilə Özbəkistandır. İkinci yerdə isə 4000 avtomobillə Çexiyadır. Üçüncu yerdə 3000 avtomobillə Latviya, dördüncü yerdə isə Azərbaycandır.

Top 10 ölkə arasında həmçinin Slovakiya (851), Ukrayna (787), Serbiya (688), Macarıstan (626), Bolqarıstan (355) və Monqolustan (302) yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR