Cəbrayılda günəş elektrik stansiyası üzrə investisiya qərarı bu il verilə bilər

Cəbrayılda günəş elektrik stansiyası üzrə investisiya qərarı bu il verilə bilər
# 26 yanvar 2023 14:12 (UTC +04:00)

Cəbrayılda 240 MVt gücündə "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsi üzrə investisiya qərarı bu il verilə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, layihə üzrə texniki və kommersiya parametrlərinin müəyyən edilməsi, demək olar ki, yekunlaşıb. Bundan başqa, dövlət tərəfindən ərazinin minalardan təmizlənməsi də aparılır.

“Bu il ərzində layihənin həm texniki, həm kommersiya çərçivəsi yekunlaşdıqdan sonra, biz artıq real şəkildə investisiya qərarından danışa bilərik”, - Bəxtiyar Aslanbəyli qeyd edib.

Xatırladaq ki, bu ilin iyununda Energetika Nazirliyi və BP arasında Azərbaycanın cənub-qərb bölgəsində günəş elektrik stansiyası layihəsi ilə bağlı növbəti addımlar üzrə razılıq əldə edilib. Tərəflər arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Bu sənəd "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.

İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır. Bu model layihə çərçivəsində Cəbrayılda günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR