Cəlilabad rayonunun kəndlərində hava xətləri yenidən qurulacaq

Cəlilabad rayonunun kəndlərində hava xətləri yenidən qurulacaq
  • Clock-gray 13:18
  • calendar-gray 06 İyul 2019

Cəlilabad rayonunun kəndlərində 10 və 0,4 kilovoltluq hava xətləri yenidən qurulacaq. "APA-Economics"in xəbərinə görə bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Cəlilabad elektrik şəbəkənin rəisi Marif Novruzov deyib. Onun sözlərinə görə, hazırda Maşlıq kəndində 4 ədəd transformator məntəqəsi yenidən qurulub kabelləşərək, sayğacların dəyişdirilməsi təmin olunub.

"Növbəti mərhələdə Muğam kəndində 4 ədəd transformator məntəqəsi yenidən qurulacaq. Ümumilikdə isə Cəlilabadın 118 yaşayış məntəqəsinin tam kabelləşməsi perspektiv inkişaf layihəsinə daxil edilib",- deyə M. Novruzov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date