Cənubi Qafqaz Boru Kəmərinin xərcləri kəskin artıb

Cənubi Qafqaz Boru Kəmərinin xərcləri kəskin artıb
# 04 may 2023 13:44 (UTC +04:00)

Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 20 milyon dollar, əsaslı xərclər isə 2 milyon dollardan çox olub, bu da illik müqayisədə müvafiq olaraq 42,9% və 6,7 dəfə çoxdur.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,6 milyon kubmetr olub, bu da illik müqayisədə 9,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR