Ceyhan limanından indiyədək 3,26 mlrd. bareldən çox neft nəql edilib

Ceyhan limanından indiyədək 3,26 mlrd. bareldən çox neft nəql edilib
# 22 iyul 2019 10:05 (UTC +04:00)

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,26 mlrd. bareldən artıq neft yola salınıb.

APA-Economics”in BIL-a istinadən verdiyi məlumata görə, hesabat dövründə terminaldan 4 254 tanker yüklənilib. Bu il (bu günə olan vəziyyətə görə) Ceyhan neft terminalından 135,52 mln. barel neft və 169 tanker yüklənilib.

Qeyd edək ki, bu ilin iyunun 21-dən iyulun 22-dək terminalda 27 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR