Ceyhan terminalından yola salınan tankerlərin sayı 4950-yə çatır

Ceyhan terminalından yola salınan tankerlərin sayı 4950-yə çatır
# 04 iyul 2022 13:15 (UTC +04:00)

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bugünədək 3 777 227 567 barel neft yola salınıb.

Bu barədə "APA-Economics" Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. BIL BTC-nin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Məlumata görə, hesabat dövründə terminaldan 4947 tanker neft ilə yüklənilib və yola salınıb. Bu il yanvar-iyun aylarında Ceyhan neft terminalından 106 982 579 barel neft 148 tankerə yüklənilərək göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR