Çin ötən il neft və qaz hasilatını artırıb

Çin ötən il neft və qaz hasilatını artırıb
# 17 yanvar 2023 09:53 (UTC +04:00)

Çin 2022-ci ildə öncəki illə müqayisədə neft hasilatını 2,9%, təbii qaz istehsalını isə 6,4% artırıb.

APA-Economics”in verdiyi xəbərə görə, bunları Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin göstəriciləri əks etdirir.

Məlumata görə, Çin ötən il 204,67 mln. ton neft və 217,8 mlrd. kubmetr qaz hasil edib.

Bununla yanaşı, ötən il ölkə 508,28 mln. ton neft idxal edib, bu da illik müqayisədə 0,9% azdır. 2022-ci ildə Çin qaz idxalını da azaldıb (- 9,9%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR