Çin yeni ay təqviminədək neft ehtiyatlarının satışına başlayacaq

Çin yeni ay təqviminədək neft ehtiyatlarının satışına başlayacaq
# 18 yanvar 2022 10:44 (UTC +04:00)

Çin yeni ay təqvimindən əvvəl strateji ehtiyatlarından neft satışını həyata keçirəcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən il Çin strateji ehtiyatlarından istifadə edərək neft idxalını azaldıb, lakin qiymət artımını dayandıra bilməyib.

Qeyd olunur ki, Çin satışı cari ilin fevralın 1-ə kimi həyata keçirməyi planlaşdırır. Məhz bu vaxt Şərqi və Cənub-Şərqi Asiya ölkələrində yeni ay təqviminin (31 yanvar – 6 fevral) daxil olması qeyd edilir.

"Reuters"in anonim mənbəyinə istinadən verdiyi məlumata görə, Çin neftin bir barelinin qiymətinin 85 ABŞ dolları olduğu təqdirdə, daha böyük həcmdə satış həyata keçirəcək, qiymət 75 dollardan aşağı olacağı halda satılacaq həcmlər daha az olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR