Daşkənddə qazdoldurma məntəqələri müvəqqəti bağlanıb

Daşkənddə qazdoldurma məntəqələri müvəqqəti bağlanıb
# 05 dekabr 2022 10:44 (UTC +04:00)

Daşkənddəki avtomobil yanacaqdoldurma məntəqələri soyuq havaların başlaması və bunun nəticəsində yaranan qaz qıtlığı ilə əlaqədar müvəqqəti olaraq bağlanıb. Məntəqələr yalnız ictimai nəqliyyata xidmət göstərir.

APA-Economics”in Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Daşkənd hökümətinin (administrasiyasının) məlumatında bildirilir.

Bir müddət əvvəl “Uztansqaz” ASC-nin mətbuat xidməti xəbər vermişdi ki, soyuq havada yanacaq qıtlığı səbəbindən noyabrın 9-dan Özbəkistanın vilayətlərindəki avtomobil qazdoldurma kompressor stansiyalarında (CNG yanacaqdoldurma məntəqələrində) qaz təchizatı cədvəlində müvəqqəti məhdudiyyətlər tətbiq edilir. .

“Mümkün qədər çox evləri qaz və istiliklə təmin etmək üçün ictimai nəqliyyatda xidmət göstərənlər istisna olmaqla, bütün avtomobillər üçün yanacaqdoldurma məntəqələri müvəqqəti bağlanıb”, - məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR