Dövlət Neft Fondu fişinq hücumları ilə bağlı xəbərdarlıq edib

Dövlət Neft Fondu fişinq hücumları ilə bağlı xəbərdarlıq edib
# 25 may 2022 10:07 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

"APA-Economics"in məlumatına görə, Fonddan bildirilib ki, son həftələr onların, eləcə də SOCAR-ın adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir: "Bu paylaşımların ARDNF-nin fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR