Novruz Məmmədov növbəti müddətə ARNDF-ın Müşahidə Şurasının sədri seçilib

Novruz Məmmədov növbəti müddətə ARNDF-ın Müşahidə Şurasının sədri seçilib
# 04 iyul 2019 17:29 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. ARDNF-ın Müşahidə Şurasının qərarı ilə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, iclasda Fondun 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-ın 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxıldı. Müşahidə Şurası tərəfindən ARDNF-nin 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PwC Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi, habelə ARDNF-ın 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 milyon manat və yaxud 115,0 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 milyon manat və ya 99,8 faiz səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-ın 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alındı.

Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-ın fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-ın maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edildi və bu dəyişikliklərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tövsiyə edildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR