Dövlətin enerji sahəsində yeni vəzifəsi müəyyənləşir

Dövlətin enerji sahəsində yeni vəzifəsi müəyyənləşir
# 27 aprel 2022 12:20 (UTC +04:00)

Enerjinin nəqli dövlətin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində vəzifələri sırasına daxil edilir.

APA-nın xəbərinə görə, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, enerji (enerji resursları) bütün növ enerji məhsulları, o cümlədən yanacaq növləri, bərpa olunan enerji, elektrik, istilik, su enerjisi və digər enerji formalarıdır.

Dövlət ayrı-seçkiliyə yol vermədən enerjinin nəqlini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR