Azərbaycan neft ixracını azaldıb

Azərbaycan neft ixracını azaldıb
  • Clock-gray 17:19
  • calendar-gray 17 Sentyabr 2019

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 18,31 mln. tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 8,62 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 9,1% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date