Dünya Bankı Avropa və ABŞ-da təbii qazın qiyməti üzrə proqnozunu yüksəldib

Dünya Bankı Avropa və ABŞ-da təbii qazın qiyməti üzrə proqnozunu yüksəldib
# 01 noyabr 2022 11:02 (UTC +04:00)

Dünya Bankı 2022-2023-cü illər üçün Avropa və ABŞ-da təbii qazın orta qiyməti üzrə proqnozlarını yüksəldib.

Bu barədə “APA-Economics” Dünya Bankı əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2022-ci ildə Avropada qazın qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi, 26,8 kubmetrə bərabərdir ) görə 40 ABŞ dolları təşkil edəcək, bu da öncəki proqnoz göstəricidən 6 bənd çoxdur. 2023-cü ildə qiymətin azalacağı ehtimal olunur və onun 32 dollar səviyyəsində olacağı qeyd edilir (öncəki proqnoz göstəricidən 7 bənd çoxdur).

Bankın proqnozuna əsasən, 2024-cü ildə Avropada qazın qiyməti 1 mln. BTU üçün 28 dollar səviyyəsində olacaq.

Hesabatda qeyd edilir ki, ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2022-ci ildə 6,6 dollar, 2023-cü ildə isə 6,2 dollar təşkil edəcək, bu da hər iki halda öncəki proqnoz göstəricilərindən 1,4 bənd çoxdur.

Bankın mütəxəssisləri hesab edir ki, 2024-cü ildə ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün enəcək və 6 dollar səviyyəsində qərarlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR