Dünya bazarına indiyədək 628 mln. ton Azərbaycan nefti ixrac edilib

Dünya bazarına indiyədək 628 mln. ton Azərbaycan nefti ixrac edilib
# 03 iyun 2022 10:27 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 553 mln. ton neft hasil edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin 325 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

Xoşbəxt Yusifzadə onu da qeyd edib ki, bu ilin 1 may tarixinədək 628 mln. ton Azərbaycan nefti ixrac edilib.

"İxrac edilmiş neftin 458 mln. tonu Bakı-Tbilisi-Ceyhan kəmərinin payına düşüb", - Xoşbəxt Yusifzadə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR