Dünya bazarında neftin qiyməti 120 dollara kimi artıb

Dünya bazarında neftin qiyməti 120 dollara kimi artıb
# 28 may 2022 10:01 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 1,73% artaraq, 1 barelə görə 119,43 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,86% artaraq, 115,07 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR