Dünyada neftin kommersiya ehtiyyatlarının azalması davam edir

Dünyada neftin kommersiya ehtiyyatlarının azalması davam edir
# 12 may 2022 13:27 (UTC +04:00)

Dünyada neftin kommersiya ehtiyyatları bu ilin mart ayında fevral ilə müqayisədə 45 mln. barel azalıb.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (İEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ilin iyun ayından dünyada neftin kommersiya ehtiyyatları 1,2 mlrd. barel azalıb.

Hesabata əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin kommersiya ehtiyatları martda fevral ayı ilə müqayisədə 3 mln. barel artaraq 2 626 mln. barelədək yüksəlib, lakin, bu, beşillik orta göstəricidən 299 barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR