EIA “Brent” neftinin qiymətləri üzrə proqnozunu yüksəldib

EIA “Brent” neftinin qiymətləri üzrə proqnozunu yüksəldib
# 10 avqust 2022 10:33 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2022-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozu 104,05 ABŞ dollarından 104,78 dollaradək yüksəldib.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2023-cü ildə neftin qiyməti 95,13 dollar təşkil edə bilər, bu da iyulda verilən proqnoz göstəricidən 1,38 dollar çoxdur.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 98,71 dollar (öncəki proqnoz – 98,79 dollar), 2023-cü ildə isə 89,13 dollar (öncəki proqnoz – 89,75) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il "Brent" markalı etalon neftin orta qiyməti 70,89 dollar, WTI neftimim qiyməti isə 68,21 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR