EIA gələn il üçün qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb

EIA gələn il üçün qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb
# 11 yanvar 2023 12:06 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama hesabla 102,83 mln. barel olacağı ehtimal edilir.

Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,1 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,04 mln. barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,98 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,7 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93,84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100,61 mln. barelə bərabər idi.

EİA məlumatlarını nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni bu il ötəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR