EIA: Qlobal enerji böhranı bərpa olunan enerjinin inkişafına misli görünməmiş təkan verib

EIA: Qlobal enerji böhranı bərpa olunan enerjinin inkişafına misli görünməmiş təkan verib
# 06 dekabr 2022 16:26 (UTC +04:00)

Qlobal enerji böhranı bərpa olunan enerjinin inkişafına misli görünməmiş təkan verdi və dünya növbəti 5 ildə son 20 ildə əldə olunan həcmdə bərpa olunan enerji istehsal güclərini artırmağa hazırlaşır.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sektor üzrə illik hesabatında qeyd olunur.

Hesabata əsasən, Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranan enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar ölkələri qiymətləri kəskin şəkildə bahalaşan idxal olunan ənənənvi yanacaqlardan asılılığı azaltmaq üçün günəş və külək kimi bərpa olunan enerji mənbələrinə daha çox müraciət etməyə sövq edib.

Qeyd olunur ki, 2022-2027-ci illər ərzində qlobal bərpa olunan enerji tutumunun 2 400 giqavat (GW) artacağı gözlənilir ki, bu da bugünkü Çinin bütün enerji istehsalı gücünə bərabərdir. Gözlənilən artım cəmi bir il əvvəl proqnozlaşdırılan artım göstəricisindən 30% yüksəkdir.

Hesabatda göstərilir ki, bərpa olunan mənbələrin inkişafı qarşıdakı beş il ərzində qlobal elektrik enerjisi sahəsində artımın 90%-dən çoxunu təşkil edəcək.

IEA-nın icraçı direktoru Fatih Birolun fikrincə, bərpa olunan enerji mənbələri artıq sürətlə genişlənirdi, lakin qlobal enerji böhranı onları daha sürətli böyümənin qeyri-adi yeni mərhələsinə atdı, çünki ölkələr öz enerji təhlükəsizliyi faydalarından yararlanmağa çalışırlar: “Bu, mövcud enerji böhranının daha təmiz və daha təhlükəsiz enerji sisteminə doğru tarixi dönüş nöqtəsi ola biləcəyinin bariz nümunəsidir”.

Sənədə görə, Ukraynadakı münaqişə hökumətlərin və bizneslərin sürətlə Rusiya qazını alternativlərlə əvəz etməyə çalışdığı Avropada bərpa olunan enerji mənbələri üçün həlledici məqamdır. Avropada 2022-2027-ci illər arasında əlavə edilən bərpa olunan enerji potensialının həcminin əvvəlki beş illik dövrlə müqayisədə iki dəfə çox olacağı proqnozlaşdırılır, bu da enerji təhlükəsizliyi narahatlıqları və iqlim ambisiyalarının birləşməsindən irəli gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR