EMTA icra etdiyi layihələr və istismara buraxılış aktlarının sayını açıqlayıb

EMTA icra etdiyi layihələr və istismara buraxılış aktlarının sayını açıqlayıb
  • Clock-gray 09:48
  • calendar-gray 10 İyul 2019

Bu ilin ilk yarısında Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) tərəfindən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrinə qoşulması üçün verilmiş texniki şərtlər əsasında enerji təchizatı üçün hazırlanmış 124 layihə razılaşdırılıb.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qaz təchizatı sahəsində isə 2219 sayda idarə və müəssisələrin layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb. Aşkar olunmuş uyğunsuzluqlara görə 51 sayda layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib.

Hesabat dövründə Agentlik tərəfindən istehlakçıların elektrik qurğularına ümumi gücü 20 809,55 kVt və 206 685 kVA olmaqla 142 sayda (43 ədədi 0,4 kV-luq şəbəkədən, 99 ədədi isə yüksək gərginlikli şəbəkədən) istismara buraxılış aktı verilib. 359 sayda razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu həyata keçirilib. Yol verilmiş nöqsanlara, əsasən, qaz xətlərinin layihəyə uyğun çəkilməməsinə, qaz qurğu və avadanlıqların tam quraşdırılmamasına görə 170 sayda qaz qurğusu isə istismara qəbul edilməyib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date