Əmtəəlik neft hasilatı 4,2% azalıb

Əmtəəlik neft hasilatı 4,2% azalıb
# 18 iyul 2022 13:42 (UTC +04:00)

Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 31,9 milyard manat olmaqla, əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 1,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 16,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 17,6 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 17,5 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR