Energetika naziri Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

Energetika naziri Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək
# 13 mart 2023 14:32 (UTC +04:00)

14-15 mart tarixlərində İstanbulda Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 26-cı Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.

APA-Economics” xəbər verir ki, “İnamsızlığı bitir, əməkdaşlığa başla” devizi altında baş tutacaq tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Tədbir çərçivəsində energetika nazirinin Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar panel sessiyada çıxışı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR