Energetika naziri “OPEC plus”un iclasında iştirak edəcək

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 04 oktyabr 2022 12:15 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.

Energetika Nazirliyindən APA-ya bildirilib ki, tədbir COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan “OPEC plus” razılaşmasının iştirakçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR