Energetika naziri Rumıniyada ikitərəfli görüşlər keçirəcək

Energetika naziri Rumıniyada ikitərəfli görüşlər keçirəcək
# 21 sentyabr 2022 14:04 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunun dəvəti ilə Buxarestə səfər edib. Nazir 21-22 sentyabr tarixlərində təşkil olunacaq “5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı” beynəlxalq tədbirində iştirak edəcək.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Avropa İttifaqına üzv və qonşu ölkələrin nazirlərinin və neft-qaz şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi konfransda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR