Energetika Nazirliyi elektrik və qaz təchizatı şəbəkələrində araşdırmalar aparıb

Energetika Nazirliyi elektrik və qaz təchizatı şəbəkələrində araşdırmalar aparıb
# 09 iyul 2019 09:50 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində ümumilikdə 1004 sayda araşdırma aparılıb.

APA-Economics”ə Energetika Nazirliyindən verilən məlumata görə, elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyəti ilə əlaqədar büdcədən maliyyələşən istehlakçılarda 542 sayda texniki araşdırma aparılıb.

Eyni zamanda, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin Azərbaycan Respublikasının qanunlarının, “Qazdan istifadə Qaydaları”nın və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 462 obyektdə yoxlama keçirilib, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR