“Exxon Mobil”in sabiq vitse-prezidenti: Azərbaycanın hidrogen enerjisi ilə bağlı haba çevrilmək imkanı var

“Exxon Mobil”in sabiq vitse-prezidenti: Azərbaycanın hidrogen enerjisi ilə bağlı haba çevrilmək imkanı var
# 10 mart 2023 15:28 (UTC +04:00)

“Azərbaycan kiçik ölkə olsa da, enerji təhlükəsizliyində böyük rolu var”.

APA xəbər verir ki, bunu "Exxon Mobil"in keçmiş vitse-prezidenti Cin Baderşneyder X Qlobal Bakı Forumu çərçivəsində paneldə çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Cənubi Qafqaz və Xəzər ölkələri fərqli bir vəziyyətdədir, bu ölkələr üçün yeni imkanlar yaranıb: “Azərbaycanın böyük qaz hasilatı var və ixrac üçün geniş imkanları var. Cənubi Qaz Dəhlizi vasitəsilə qazın ixracı əhəmiyyətli dərəcədə artıb”.

O həmçinin, Azərbaycanın bərpaolunan enerji potensialını da vurğulayıb.

“Azərbaycanın hidrogen enerjisi ilə bağlı haba çevrilmək imkanı var. Ölkənin külək, günəş, hidro və termal imkanları böyükdür. Və eyni zamanda, enerjinin daşınması üçün nəqliyyat imkanları var və qurulur”, Cin Baderşneyder deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR