Fatih Dönməz: “Biz Avropadan qat-qat rahatıq”

Fatih Dönməz: “Biz Avropadan qat-qat rahatıq”
# 08 noyabr 2022 15:43 (UTC +04:00)

Türkiyənin qaz anbarları tam doldurulub, lakin qazın çıxarılmasına hələ ki başlanılmayıb.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “TRT Haber”ə müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, Türkiyə qışa hazırlığını tamamlayıb və sentyabrın axırına onun qaz anbarları dolu idi.

“Bundan əlavə, borularla aldığımız qazda, xüsusən də İran və Azərbaycanda tutumun artırılması üçün əlavə danışıqlarımız və işlərimiz var. Bundan əlavə, LNG müqavilələri bağladıq. Müntəzəm müqavilələrimizlə yanaşı, biz də vaxtaşırı spot bazarlardan qaz tədarük edirik. Deyə bilərəm ki, biz qonşumuz Avropadan qat-qat rahatıq”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR