Fatih Dönməz: “İlin sonuna yeni qaz qovşağı üzrə yol xəritəsini dəqiqləşdirəcəyik”

Fatih Dönməz: “İlin sonuna yeni qaz qovşağı üzrə yol xəritəsini dəqiqləşdirəcəyik”
# 16 noyabr 2022 15:20 (UTC +04:00)

Türkiyə ilin sonuna qədər ölkənin şimal-qərb hissəsindəki Trakyada Rusiyanın təklif etdiyi qaz qovşağı üçün yol xəritəsi tərtib ediləcəyinə ümid edir.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

"İlin sonuna qədər Trakyada qurmağı planlaşdırdığımız təbii qaz ticarəti mərkəzi ilə bağlı təqib ediləcək yol xəritəsini dəqiqləşdirəcəyik”", - nazir qeyd edib.

Bundan əlavə, Fatih Dönmez uzunmüddətli təbii qaz ehtiyacını fasiləsiz və sərfəli qiymətlərlə qarşılamaq üçün mənbə ölkələrlə, xüsusilə də Azərbaycanla danışıqlar aparıldığına diqqət çəkib.

“Bu kontekstdə biz Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ötürmə qabiliyyətini iki dəfə artırmaqla Xəzər regionundan həm Türkiyə, həm də Avropaya daha çox qaz təmin etmək üçün səylərimizə başlamışıq”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR