Fatih Dönməz: Silivri Avropanın ən böyük qaz anbarına çevriləcək

Fatih Dönməz: Silivri Avropanın ən böyük qaz anbarına çevriləcək
# 26 iyul 2022 11:31 (UTC +04:00)

Ölkənin şimal-qərbindəki Silivri yeraltı təbii qaz anbarının genişləndirilməsi layihəsi bu obyekti Avropanın ən böyük qaz anbarına çevirəcək.

APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

O, qaz anbarının tutumunun genişləndirilməsi layihəsinin Türkiyənin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayıb. “Hazırda Silivridə 3,2 mlrd. kubmetr toplana bilər, lakin tezliklə bu rəqəm 4,6 mlrd. kubmetrə çatacaq. Biz həmçinin qaz tədarük qabiliyyətini sutkada 28 mln. kubmetrdən 75 mln. kubmetrə çatdıracağıq”, - Fatih Dönməz bildirib.

Nazirin sözlərinə görə, layihənin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. “Tuz-gölü” yeraltı qaz anbarında da anbar tutumunun genişləndirilməsi üzrə işlər davam etdirilir. “Hazırda bu anbarın həcmi 1,2 mlrd. kubmetrdir. 1,5 - 2 ildən sonra həcm 5,4 mlrd. kubmetrə çatacaq”, - nazir qeyd edib.

O həmçinin xatırladıb ki, hazırda hər iki obyekt fəaliyyətdədir.

“”Tuz-gölü” anbarı tam, Silivri anbarı isə 82% doludur. Anbarın qalan hissəsi sentyabrın sonuna kimi doldurulacaq. Qış başlayana qədər bütün anbarlar qazla dolacaq”, - Fatih Dönməz əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR